Bakı. 5 avqust. REPORT.AZ/ Bir çoxlarını hələ keçən il Rosomaxinin caynaqları ilə təəccübləndirən mühəndis Kolin Ferz (Colin Furze) bu dəfə zəngli çarpayı ilə yadda qalıb.
"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, adi saat zəngindən fərqli olaraq, zəngli çarpayı sahibini 5 dəqiqə belə artıq yatmağa qoymayacaq. O, sahibini lazımi vaxtda sözün əsl mənasında çarpayıdan atacaq. Yeni konstruksiya gücü tənzimlənən kompressor əsasında işləyəcək.
Yataqdan durmaq vaxtı gəldikdə "ağıllı" çarpayı sahibini "oyadacaq" və bu zaman səslənən avtomobil "siqnal"ı onu yuxudan tam ayıldacaq.