​Zəngli çarpayı yatmaq həvəsində olanları vaxtında oyadacaq - VİDEO

​Zəngli çarpayı yatmaq həvəsində olanları vaxtında oyadacaq - VİDEO Mühəndis Colin Ferzin yeni ixtirası sahibini 5 dəqiqə belə artıq yatmağa qoymayacaq
Digər ölkələr
5 Avqust , 2015 03:27
​Zəngli çarpayı yatmaq həvəsində olanları vaxtında oyadacaq - VİDEO

Bakı. 5 avqust. REPORT.AZ/ Bir çoxlarını hələ keçən il Rosomaxinin caynaqları ilə təəccübləndirən mühəndis Kolin Ferz (Colin Furze) bu dəfə zəngli çarpayı ilə yadda qalıb.

"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, adi saat zəngindən fərqli olaraq, zəngli çarpayı sahibini 5 dəqiqə belə artıq yatmağa qoymayacaq. O, sahibini lazımi vaxtda sözün əsl mənasında çarpayıdan atacaq. Yeni konstruksiya gücü tənzimlənən kompressor əsasında işləyəcək.

Yataqdan durmaq vaxtı gəldikdə "ağıllı" çarpayı sahibini "oyadacaq" və bu zaman səslənən avtomobil "siqnal"ı onu yuxudan tam ayıldacaq.  

Son xəbərlər

Orphus sistemi