Bakı. 4 iyul. REPORT.AZ/ Yunanıstana maliyyə yardımı məsələsi üzrə referendum iyulun 5-də, yerli vaxtla saat 07:00-da başlayacaq.
“Report” “The Telegraph”a istinadən xəbər verir ki, referendum 12 saat davam edəcək və 19.00-da başa çatacaq.
Qeyd olunur ki, referendumda yalnız yaşı 18-ə çatmış Yunanıstan vətəndaşları iştirak edə bilər.
Nəticələrin açıqlanacağı vaxt hələ məlum deyil.