Bakı. 9 dekabr. REPORT.AZ/ Yunanıstanın Bulamaç (Farmakonisi) adası yaxınlığında qaçqınların olduğu qayığın batması nəticəsində 11 nəfər ölüb, 13 nəfər itkin düşüb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Məlumata görə, Yunanıstanın sahil mühafizə xidmətinin əməkdaşları 11 qaçqının meyitini sudan çıxarıb, 26 nəfərin isə həyatını xilas edib.