Yuxarı

​Yunanıstan sahillərində qayığın batması nəticəsində 11 qaçqın boğulub, 13 nəfər isə itkin düşüb

Sahil mühafizə xidmətinin əməkdaşları 26 nəfərin həyatını xilas edib

Bakı. 9 dekabr. REPORT.AZ/ Yunanıstanın Bulamaç (Farmakonisi) adası yaxınlığında qaçqınların olduğu qayığın batması nəticəsində 11 nəfər ölüb, 13 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Yunanıstanın sahil mühafizə xidmətinin əməkdaşları 11 qaçqının meyitini sudan çıxarıb, 26 nəfərin isə həyatını xilas edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi