​Yəmənin müvəqqəti paytaxtının adı açıqlanıb

​Yəmənin müvəqqəti paytaxtının adı açıqlanıb Abdrabbo Mənsur Hadinin bu il mayın əvvəlində həmin şəhərə gedəcəyi gözlənilir
Digər ölkələr
28 Aprel , 2015 13:59
​Yəmənin müvəqqəti paytaxtının adı açıqlanıb

Bakı. 28 aprel. REPORT.AZ/ Yəmən prezidenti Abdrabbo Mənsur Hadi ölkənin şərqində yerləşən Xadramaut əyalətinin Sayvun şəhərini müvəqqəti paytaxt elan etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu haqda "TASS" məlumat yayıb.

Xəbərə görə, A.M.Hadi mayın əvvəlində Yəmənə qayıdaraq Sayvunu ölkənin müvəqqəti paytaxtı elan edəcək.

Məlumatda bildirilib ki, Sayvun son zamanlar "əl-Qaidə" şəbəkəsinin "Ərəb yarımadasındakı "əl-Qaidə"" qolunun orada yerləşməsi ilə tanınır.

Son xəbərlər

Orphus sistemi