​Yaxın günlərdə Almaniyadan 50 min qaçqın deportasiya ediləcək

​Yaxın günlərdə Almaniyadan 50 min qaçqın deportasiya ediləcək Onların 40 faizi suriyalı, 20 faizi isə Əfqanıstan vətəndaşıdır
Digər ölkələr
11 Mart , 2016 12:07
​Yaxın günlərdə Almaniyadan 50 min qaçqın deportasiya ediləcək

Bakı. 11 mart. REPORT.AZ/ Almaniyada qalmaq üçün uyğun icazəsi olmayan 49,4 min qaçqın yaxın zamanda ölkədən deportasiya ediləcək.

"Report" Almaniyada çıxan "Bild" qəzetinə istinadən xəbər verir ki, bu haqda ölkə Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.

Məlumata görə, cari ildə 162,1 min mühacirə Almaniyada qaçqın statusu verilib. Onların 40 faizi suriyalı, 20 faizi isə Əfqanıstan vətəndaşıdır.

Son xəbərlər

Orphus sistemi