​Yaponiyada anomal istilərlə əlaqədar 4100 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 8-i ölüb

​Yaponiyada anomal istilərlə əlaqədar 4100 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 8-i ölüb Aprelin sonlarından indiyədək xəstəxanalara ümumilikdə 25 min nəfər müraciət edib
Digər ölkələr
2 Avqust , 2016 06:10
​Yaponiyada anomal istilərlə əlaqədar 4100 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 8-i ölüb

Bakı. 2 avqust. REPORT.AZ/ Son 1 həftə ərzində Yaponiyada 4100 nəfərdən çox adam anomal istilərlə əlaqədar xəstəxanaya yerləşdirilib, onlardan 8-i dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin və tibbi yardım funksiyasını həyata keçirən Baş Yanğın İdarəsi məlumat yayıb.

Məlumata görə, aprelin sonlarından indiyədək xəstəxanalara ümumilikdə 25 min nəfər müraciət edib. 

Onların əksəriyyəti kənddə yaşayan və açıq havada çox işləyən yaşlı insanlardır.

Yaponiyada qızmar istilər iyunun ortalarından başlayıb.  

Son xəbərlər

Orphus sistemi