​Yaponiyada daşqınlar nəticəsində 5 nəfər ölüb

​Yaponiyada daşqınlar nəticəsində 5 nəfər ölüb 20-dən artıq insan itkin düşmüş hesab olunur
Digər ölkələr
13 Sentyabr , 2015 16:50
​Yaponiyada daşqınlar nəticəsində 5 nəfər ölüb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Yaponiyada daşqınlar nəticəsində 5 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, hazırda 20-dən çox insan itkin düşmüş hesab olunur.

Ötən cümə axşamı leysan yağışları səbəbindən İbaraki perfekturasından keçən Kinuqava çayında suyun səviyyəsi qalxıb və Dzyoso şəhərini su basıb. Şəhərdə 11 mindən çox ev su altında qalıb.

Hazırda axtarış-xilasetmə işlərinə təqribən 1800 nəfər cəlb olunub.

Son xəbərlər

Orphus sistemi