Yuxarı

​Yaponiyada daşqınlar nəticəsində 5 nəfər ölüb

20-dən artıq insan itkin düşmüş hesab olunur

Bakı. 13 sentyabr. REPORT.AZ/ Yaponiyada daşqınlar nəticəsində 5 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, hazırda 20-dən çox insan itkin düşmüş hesab olunur.

Ötən cümə axşamı leysan yağışları səbəbindən İbaraki perfekturasından keçən Kinuqava çayında suyun səviyyəsi qalxıb və Dzyoso şəhərini su basıb. Şəhərdə 11 mindən çox ev su altında qalıb.

Hazırda axtarış-xilasetmə işlərinə təqribən 1800 nəfər cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi