​Yaponiyada 181 nəfər istilər səbəbindən xəstəxanaya yerləşdirilib

​Yaponiyada 181 nəfər istilər səbəbindən xəstəxanaya yerləşdirilib Zərərçəkənlərin yarıdan çoxu 65 yaşdan yuxarı insanlardırlar
Digər ölkələr
6 May , 2016 06:38
​Yaponiyada 181 nəfər istilər səbəbindən xəstəxanaya yerləşdirilib

Bakı.6 may.REPORT.AZ/ Yaponiyada aprelin 25-dən mayın 1-dək olan dövr ərzində günvurma səbəbindən 181 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə cümə günü ölkənin təcili yardım xidmətinin də tabeliyində yerləşdiyi Yanğından Mühafizə İdarəsinin məlumatında bildirilir.

Zərərçəkənlərin vəziyyəti ağır qiymətləndirilir və üç həftəlik xəstəxana şəraiti tələb edir. Onların yarıdan çoxu 65 yaşdan yuxarı insanlardırlar.

Son xəbərlər

Orphus sistemi