​Ukraynada "Boeing"in qəzaya uğradığı yerdə yeni insan qalıqları tapılıb

​Ukraynada "Boeing"in qəzaya uğradığı yerdə yeni insan qalıqları tapılıb Ekspertlər yanmış cəsəd qalıqları aşkar ediblər
Digər ölkələr
17 Aprel , 2015 05:18
​Ukraynada Boeingin qəzaya uğradığı yerdə yeni insan qalıqları tapılıb

Bakı. 17 aprel. REPORT.AZ/ Hollandiya ekspertləri Malaziyaya məxsus "Boeing" təyyarəsinin Ukrayna ərazisində qəzaya uğradığı yerdə yeni qalıqlar aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə Niderland hakimiyyətinin saytında məlumat verilib.

Axtarış komissiyasının rəhbəri Piter Yaap Albersberq bildirib ki, ekspertlər yanmış insan qalıqları tapıblar. O, həmçinin xəbər verib ki, yerli sakinlər qəza yerinə hadisə nəticəsində həlak olanların zinət və digər əşyalarını gətiriblər.

Məlumata görə, hadisə yerində 20 nəfər axtarış işləri ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi