Yuxarı

​Ukraynada "Boeing"in qəzaya uğradığı yerdə yeni insan qalıqları tapılıb

Ekspertlər yanmış cəsəd qalıqları aşkar ediblər

Bakı. 17 aprel. REPORT.AZ/ Hollandiya ekspertləri Malaziyaya məxsus "Boeing" təyyarəsinin Ukrayna ərazisində qəzaya uğradığı yerdə yeni qalıqlar aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə Niderland hakimiyyətinin saytında məlumat verilib.

Axtarış komissiyasının rəhbəri Piter Yaap Albersberq bildirib ki, ekspertlər yanmış insan qalıqları tapıblar. O, həmçinin xəbər verib ki, yerli sakinlər qəza yerinə hadisə nəticəsində həlak olanların zinət və digər əşyalarını gətiriblər.

Məlumata görə, hadisə yerində 20 nəfər axtarış işləri ilə məşğul olur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi