​Ukrayna Donbass üzrə danışıqlar üçün ən yaxşı "Kiyev formatı"nı hesab edir

​Ukrayna Donbass üzrə danışıqlar üçün ən yaxşı "Kiyev formatı"nı hesab edir Ukraynanın baş nazir qeyd edib ki, Ukraynanın yeganə məqsədi sülhə nail olmaqdır
Digər ölkələr
5 Fevral , 2015 23:59
​Ukrayna Donbass üzrə danışıqlar üçün ən yaxşı Kiyev formatını hesab edir

Bakı. 5 fevral. REPORT.AZ/ Ukraynanın baş naziri Arsen Yatsenyuk Donbassdakı vəziyyətlə bağlı danışıqlar üçün ən yaxşı "Kiyev formatı"nı hesab edir.

"Report" xəbər verir ki, bu barədə o, Kiyevdə ABŞ dövlət katibi Con Kerri ilə birgə keçirilən mətbuat konfransında bəyan edib.

"Bizdə bir neçə format var idi: Cenevrə, Normandiya. Əminəm ki, ən yaxşı Kiyev formatıdır. Burada ABŞ, Avropa İttifaqı (Aİ) - Fransa, Almaniya və Ukrayna bir masa arxasında oturur və vahid, ümumi, güclü və möhkəm mövqe nümayiş etdirir", - deyə Yatsenyuk bildirib.

Bununla yanaşı o qeyd edib ki, Ukraynanın yeganə məqsədi sülhə nail olmaqdır.

"Lakin biz öz dəyər və prinsiplərimizə heç zaman arxa çevirməyəcəyik, heç vaxt öz ləyaqət və azadlığımızı satmayacağıq. Biz müstəqilliyimizi, ərazi bütövlüyümüzü və suverenliyimizi pozacaq heç nəyə getməyəcəyik", - deyə baş nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi