Türkmənistan və Hindistan liderləri TƏPH layihəsini müzakirə edəcək

Türkmənistan və Hindistan liderləri TƏPH layihəsini müzakirə edəcək Türkmənistan prezidenti Hindistanın baş naziri ilə bu gün danışıqlar aparacaq
Digər ölkələr
11 İyul , 2015 04:42
Türkmənistan və Hindistan liderləri TƏPH layihəsini müzakirə edəcək

Bakı. 11 iyul. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov Aşqabada səfərə gələn Hindistanın baş naziri Narendra Modi ilə bu gün danışıqlar aparacaq.

"Report"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, tərəflər xüsusi ilə enerji sahəsində əməkdaşlıq mövzusunu müzakirə edəcəklər. Hər iki tərəf Türkmənistan-Əfqanıstan-Pakistan-Hindisan (TƏPH) qaz kəməri layihəsinin həyata keçirilməsini prioritet məsələ hesab edir.

Xatırladaq ki, TƏPH layihəsinin hüquqi bazasını 2010-cu ildə Aşqabadda iştirakçı dövlətlərin imzaladıqları saziş təşkil edir. Lakin layihənin reallaşdırılmasında ciddi əngəl Əfqanıstanın qeyri-stabil olmasıdır. Amma rəsmi Kabul qaz kəmərinin təhlükəsizliyini təmin edəcəyinə söz verib.

TƏPH layihəsi çərçivəsində ildə 33 milyard kubmetr qazın nəql edilməsi nəzərdə tutulub. Kəmərin uzunluğu isə 1735 kilometr olacaq. Qaz kəməri Türkmənistanın "Qalkınış" yatağından başlayaraq, Herat və Qəndəhər şəhərlərindən keçərək, Pakistanla Hindistanın sərhəddində yerləşən Fazilka şəhərilə birləşməlidir.

Son xəbərlər

Orphus sistemi