Tunisdə bu il terror aktlarında şübhəli bilinən 158 nəfər həbs edilib

Tunisdə bu il terror aktlarında şübhəli bilinən 158 nəfər həbs edilib İyulun 4-də Tunisdə elan olunan fövqəladə vəziyyət hazırda da qüvvədədir.
Digər ölkələr
6 Sentyabr , 2015 01:16
Tunisdə bu il terror aktlarında şübhəli bilinən 158 nəfər həbs edilib

Bakı. 6 sentyabr. REPORT.AZ/ Tunisin hakimiyyət orqanları son altı ay ərzində ölkə ərazisində terror aktı ilə əlaqədə şübhəli bilinən 158 nəfərin həbs olunduğunu açıqlayıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, Tunis Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs olunanların bir qismi terror aktında bilavasitə iştirak edən şəxslərdir.

Cari il ərzində Tunisdə bir neçə terror aktı törədilib. Martın 18-də tanınmış "Bardo" muzeyinə hücum edən terrorçular 22 nəfərin ölümünə səbəb olmuşdu. Öldürülənlərin əksəriyyəti avropalı turistlər olub.

İyul ayında isə Sousse şəhərinə 38 nəfərin ölümü ilə nəticələnmiş terror aktı baş vermişdi. Buna cavab olaraq iyulun 4-də Tunis höküməti ölkədə fövqəladə vəziyyət elan etdi. Bu qərar hazırda da qüvvədədir.

Son xəbərlər

Orphus sistemi