Yuxarı

Tunisdə bu il terror aktlarında şübhəli bilinən 158 nəfər həbs edilib

İyulun 4-də Tunisdə elan olunan fövqəladə vəziyyət hazırda da qüvvədədir.

Bakı. 6 sentyabr. REPORT.AZ/ Tunisin hakimiyyət orqanları son altı ay ərzində ölkə ərazisində terror aktı ilə əlaqədə şübhəli bilinən 158 nəfərin həbs olunduğunu açıqlayıb.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, Tunis Daxili İşlər Nazirliyinin məlumatına görə, həbs olunanların bir qismi terror aktında bilavasitə iştirak edən şəxslərdir.

Cari il ərzində Tunisdə bir neçə terror aktı törədilib. Martın 18-də tanınmış "Bardo" muzeyinə hücum edən terrorçular 22 nəfərin ölümünə səbəb olmuşdu. Öldürülənlərin əksəriyyəti avropalı turistlər olub.

İyul ayında isə Sousse şəhərinə 38 nəfərin ölümü ilə nəticələnmiş terror aktı baş vermişdi. Buna cavab olaraq iyulun 4-də Tunis höküməti ölkədə fövqəladə vəziyyət elan etdi. Bu qərar hazırda da qüvvədədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi