Tunisdə atışma olub, 21 terrorçu zərərsizləşdirilib - YENİLƏNİB

Tunisdə atışma olub, 21 terrorçu zərərsizləşdirilib - YENİLƏNİB Hökumət əhaliyə evlərini tərk etməməyi məsləhət görüb
Digər ölkələr
7 Mart , 2016 15:14
Tunisdə atışma olub, 21 terrorçu zərərsizləşdirilib - YENİLƏNİB

Bakı. 7 mart. REPORT.AZ/ Tunisin təhlükəsizlik qüvələri ilə qanunsuz silahlı qruplaşma arasında ölkənin Liviya ilə sərhədində yerləşən Ben-Qardan şəhərində baş verən atışma nəticəsində azı 21 silahlı zərərsizləşdirilib, 6-sı tutulub.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb. 

Məlumata görə, silahlı qarşıdurma bu gün səhər saatlarında başlayıb. Silahlılar hökumət qoşunları və milli qvardiyanın şəhər mərkəzindəki mövqelərinə hücum ediblər.

Silahlılar yerli hospitalın yaxınlığından təcili tibbi yardım maşınını qaçıraraq gizləniblər. Hökumət əhaliyə evlərini tərk etməməyi məsləhət görüb.

*** 12:57

Tunisin təhlükəsizlik qüvvələri ilə qanunsuz silahlı qruplaşma arasında ölkənin Liviya ilə sərhədində yerləşən Ben-Qardan şəhərində baş verən atışma nəticəsində 10 nəfər ölüb.

"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.

Məlumata görə, silahlı qarşıdurma bu gün səhər saatlarında başlayıb. Silahlılar hökumət qoşunları və milli qvardiyanın şəhər mərkəzindəki mövqelərinə hücum ediblər.

Silahlılar yerli hospitalın yaxınlığından təcili tibbi yardım maşınını qaçıraraq, gizləniblər. Hökumət əhaliyə evlərini tərk etməməyi məsləhət görüb. 

Son xəbərlər

Orphus sistemi