Tramp praymerizdə məğlub olacağı təqdirdə rəqiblərini dəstəkləməkdən imtina edib

Tramp praymerizdə məğlub olacağı təqdirdə rəqiblərini dəstəkləməkdən imtina edib Seçkilərdən əvvəl Respublikaçı namizədlərin hamısı ilkin seçimlərdə qalib olanı dəstəkləyəcəklərinə söz vermişdi
Digər ölkələr
30 Mart , 2016 13:22
Tramp praymerizdə məğlub olacağı təqdirdə rəqiblərini dəstəkləməkdən imtina edib

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olmağa çalışan milyarder Donald Tramp verdiyi sözü tutmayacaq.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, seçkilərdən əvvəl Respublikaçı namizədlərin hamısı ilkin seçimlərdə (praymerizdə) qalib olanı dəstəkləyəcəklərinə söz versə də, D.Tramp artıq başqa fikirdədir.

Jurnalistlərin vədinə əməl edib-etməyəcəyiylə bağlı sualına milyarder "xeyr, artıq xeyr" deməklə cavab verib.

Maraqlıdır ki, hazırda Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq mübarizəsində elə Trampın özü inamla liderlik edir.

Son xəbərlər

Orphus sistemi