Yuxarı

Tramp praymerizdə məğlub olacağı təqdirdə rəqiblərini dəstəkləməkdən imtina edib

Seçkilərdən əvvəl Respublikaçı namizədlərin hamısı ilkin seçimlərdə qalib olanı dəstəkləyəcəklərinə söz vermişdi

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd olmağa çalışan milyarder Donald Tramp verdiyi sözü tutmayacaq.

"Report" ABŞ KİV-inə istinadən xəbər verir ki, seçkilərdən əvvəl Respublikaçı namizədlərin hamısı ilkin seçimlərdə (praymerizdə) qalib olanı dəstəkləyəcəklərinə söz versə də, D.Tramp artıq başqa fikirdədir.

Jurnalistlərin vədinə əməl edib-etməyəcəyiylə bağlı sualına milyarder "xeyr, artıq xeyr" deməklə cavab verib.

Maraqlıdır ki, hazırda Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq mübarizəsində elə Trampın özü inamla liderlik edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi