​"Tokio 2020"nin stadionu 2 milyard dollara başa gələcək

​"Tokio 2020"nin stadionu 2 milyard dollara başa gələcək Tikilinin arxitektoru İraq əsilli Britaniya vətəndaşı Zaxa Hədiddir
Digər ölkələr
24 İyun , 2015 15:23
​Tokio 2020nin stadionu 2 milyard dollara başa gələcək

Bakı. 24 iyun. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 2020-ci il Yay Olimpiya Oyunlarının açılışı və bağlanışı üçün nəzərdə tutulan stadion 252 milyard yenə (2,03 milyard dollara) başa gələcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Yaponiyanın "Kyodo" Agentliyi məlumat yayıb.

Xəbərə görə, əvvəllər stadionun iki dəfə ucuz tikiləcəyi planlaşdırılmışdı. Məlumatda bildirilib ki, inşaat şirkəti bunu tikinti materiallarının bahalığı və işçilərin əmək haqlarının atrırılması ilə əlaqələndirib.

Xəbərdə bildirilib ki, stadion 2019-cu ilədək hazır olmalıdır.

Stadionun arxitektoru İraq əsilli Britaniya vətəndaşı Zaxa Hədiddir.

Qeyd edək ki, o, həm də Heydər Əliyev Mərkəzinin arxitektorudur. 

Son xəbərlər

Orphus sistemi