Yuxarı

​"Tokio 2020"nin stadionu 2 milyard dollara başa gələcək

Tikilinin arxitektoru İraq əsilli Britaniya vətəndaşı Zaxa Hədiddir

Bakı. 24 iyun. REPORT.AZ/ Yaponiyanın paytaxtı Tokioda keçiriləcək 2020-ci il Yay Olimpiya Oyunlarının açılışı və bağlanışı üçün nəzərdə tutulan stadion 252 milyard yenə (2,03 milyard dollara) başa gələcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Yaponiyanın "Kyodo" Agentliyi məlumat yayıb.

Xəbərə görə, əvvəllər stadionun iki dəfə ucuz tikiləcəyi planlaşdırılmışdı. Məlumatda bildirilib ki, inşaat şirkəti bunu tikinti materiallarının bahalığı və işçilərin əmək haqlarının atrırılması ilə əlaqələndirib.

Xəbərdə bildirilib ki, stadion 2019-cu ilədək hazır olmalıdır.

Stadionun arxitektoru İraq əsilli Britaniya vətəndaşı Zaxa Hədiddir.

Qeyd edək ki, o, həm də Heydər Əliyev Mərkəzinin arxitektorudur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi