"Taliban" ​Əfqanıstanın Kunduz şəhərini ələ keçirib

"Taliban" ​Əfqanıstanın Kunduz şəhərini ələ keçirib Terrorçular şəhərin mərkəzi meydanında öz bayraqlarını sancıblar
Digər ölkələr
28 Sentyabr , 2015 19:30
Taliban ​Əfqanıstanın Kunduz şəhərini ələ keçirib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Terrorçu "Taliban" hərəkatının silahlıları Əfqanıstanın Kunduz şəhərinin mərkəzi meydanında öz bayraqlarını sancıblar.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Məlumata görə, onlar Kunduz şəhərində ələ keçirdikləri dövlət qurumlarının bir neçəsinin binasına nəzarət edirlər.

Qeyd edək ki, bu gün yerli vaxtla səhər saatlarında "Taliban" üzvləri Kunduza nəzarəti ələ keçirmək məqsədilə şəhərə hücum ediblər. Terrorçular yerli xəstəxananı da ələ keçiriblər. Orada 200-ə yaxın pasiyentin olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi