Suriyanın 4 yaşayış məntəqəsi terrorçular tərəfindən atəşə tutulub

Suriyanın 4 yaşayış məntəqəsi terrorçular tərəfindən atəşə tutulub Hələb, Dərya, Hama, Dəməşq vilayətləri atəşə məruz qalıb
Digər ölkələr
13 Sentyabr , 2016 00:40
Suriyanın 4 yaşayış məntəqəsi terrorçular tərəfindən atəşə tutulub

Bakı. 13 sentyabr. REPORT.AZ/ Terror qruplaşmaları Suriyanın 4 yaşayış məntəqəsini atəşə tutublar.

“Report”un “TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə Suriyada barışıq üzrə Rusiya Mərkəzinin informasiya bülletenində deyilir.

Məlumata görə, Cəbhət Fəth əş-Şam (keçmiş adı Cəbhət ən-Nüsrə - “Report”) və İŞİD terror qruplaşmalarının silahlıları Hələb, Dərya, Hama, Dəməşq vilayətlərinin ayrı-ayrı yaşayış məntəqələrini atəşə tutublar.

Cəbhət Fəth əş-Şam və İŞİD terror qruplaşmalarının silahlıları hərbi əməliyyatların dayandırılması rejimini pozmaqda davam edir. Terrorçular gün ərzində Hələb şəhərini tank əleyhinə raket komplekslərindən, minaatanlardan və digər silahlardan atəşə tutublar.

Bununla yanaşı, Dərya, Dəməşq, Hama vilayətləri də atəşə tutulub. 

Ölən və yaralananlar barəsində məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi