Yuxarı

Suriyanın 4 yaşayış məntəqəsi terrorçular tərəfindən atəşə tutulub

Hələb, Dərya, Hama, Dəməşq vilayətləri atəşə məruz qalıb

Bakı. 13 sentyabr. REPORT.AZ/ Terror qruplaşmaları Suriyanın 4 yaşayış məntəqəsini atəşə tutublar.

“Report”un “TASS” agentliyinə istinadən məlumatına görə, bu barədə Suriyada barışıq üzrə Rusiya Mərkəzinin informasiya bülletenində deyilir.

Məlumata görə, Cəbhət Fəth əş-Şam (keçmiş adı Cəbhət ən-Nüsrə - “Report”) və İŞİD terror qruplaşmalarının silahlıları Hələb, Dərya, Hama, Dəməşq vilayətlərinin ayrı-ayrı yaşayış məntəqələrini atəşə tutublar.

Cəbhət Fəth əş-Şam və İŞİD terror qruplaşmalarının silahlıları hərbi əməliyyatların dayandırılması rejimini pozmaqda davam edir. Terrorçular gün ərzində Hələb şəhərini tank əleyhinə raket komplekslərindən, minaatanlardan və digər silahlardan atəşə tutublar.

Bununla yanaşı, Dərya, Dəməşq, Hama vilayətləri də atəşə tutulub. 

Ölən və yaralananlar barəsində məlumat verilmir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi