Suriyada terror aktı törədilib, iki nəfər ölüb

Suriyada terror aktı törədilib, iki nəfər ölüb Partlayış atəşkəs rejiminə dair razılaşmanın qüvvəyə minməsindən bir neçə saat sonra baş verib
Digər ölkələr
27 Fevral , 2016 12:23
Suriyada terror aktı törədilib, iki nəfər ölüb

Bakı. 27 Fevral. REPORT.AZ/ Suriyanın qərbindəki Hama əyalətinin Salamiya şəhərində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində ən azı iki nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Suriya televiziyasına istinadən Qərbin xəbər agentlikləri məlumat verib.

Hələlik partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib. Maraqlıdır ki, partlayış Rusiya və ABŞ-ın vasitəçiliyi ilə Suriyada atəşkəs rejiminə dair razılaşmanın qüvvəyə minməsindən bir neçə saat sonra baş verib.

Qeyd edək ki, ölkədə müharibənin getdiyi beş ildə ilk dəfə atəşkəs barədə razılaşma əldə olunub.

Son xəbərlər

Orphus sistemi