Yuxarı

Suriyada terror aktı törədilib, iki nəfər ölüb

Partlayış atəşkəs rejiminə dair razılaşmanın qüvvəyə minməsindən bir neçə saat sonra baş verib

Bakı. 27 Fevral. REPORT.AZ/ Suriyanın qərbindəki Hama əyalətinin Salamiya şəhərində partlayıcı qurğu yerləşdirilmiş avtomobilin partladılması nəticəsində ən azı iki nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə Suriya televiziyasına istinadən Qərbin xəbər agentlikləri məlumat verib.

Hələlik partlayışa görə heç kim məsuliyyəti üzərinə götürməyib. Maraqlıdır ki, partlayış Rusiya və ABŞ-ın vasitəçiliyi ilə Suriyada atəşkəs rejiminə dair razılaşmanın qüvvəyə minməsindən bir neçə saat sonra baş verib.

Qeyd edək ki, ölkədə müharibənin getdiyi beş ildə ilk dəfə atəşkəs barədə razılaşma əldə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi