Bakı. 30 sentyabr. REPORT.AZ/ Suriya baş nazirinin müavini, xarici işlər naziri Valid Muallem Suriya hökumətinin Rusiyanın İŞİD-lə mübarizədə atdığı addımları dəstəklədiyini bildirib.
"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, o, Suriyanın Rusiyaya və prezident Vladimir Putinin atdığı addımlara etibar etdiyini deyib: "O ki, qaldı ABŞ-a və onların rəhbərlik etdiyi koalisiyaya, onlara inamımız yoxdur".
Hazırda Nyu-Yorkda olan V.Muallem bundan öncə keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Rusiya, İran və İraqla İŞİD-ə qarşı mübarizədə tərəfdaşlıq olduqca faydalıdır və bütün bunlar terrorizmə son qoymağa yardım edəcək.