Suriya üzrə danışıqların iştirakçılarına dəvətnamələr göndərilib

Suriya üzrə danışıqların iştirakçılarına dəvətnamələr göndərilib Cenevrəyə gələcək dəvətlilərin adları hələlik açıqlanmır
Digər ölkələr
26 Yanvar , 2016 20:49
Suriya üzrə danışıqların iştirakçılarına dəvətnamələr göndərilib

Bakı. 26 yanvar. REPORT.AZ/ BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura Cenevrədə yanvarın 29-da başlanacaq Suriya üzrə danışıqların iştirakçılarına dəvətnamələr göndərib.

"Report"un verdiyi xəbərə görə, bu barədə TASS agentliyinə BMT emissarının mətbuat katibi Cessi Şain xəbər verib.

Staffan de Misturanın ofisində tədbirə dəvət olunanların adlarını açıqlamaq istəməyiblər. Adlar tədbir iştirakçılarından dəvətin qəbul edilməsi haqda məlumat aldıqdan sonra açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi