Bakı. 26 may. REPORT.AZ/ Suriya Hərbi Hava Qüvvələri (HHQ) "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının Palmira şəhərində yerləşən mövqelərinə havadan zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə "Franc-Press"ə istinadən RİA "Novosti" məlumat yayıb.
"Hava qüvvələri İŞİD-in 160-dan çox mövqeyinə zərbə endirib, terrorçular öldürülüb və yaralanıb, silah və pulemyotla təchiz edilmiş nəqliyyat vasitələri məhv edilib", - deyə Suriya ordusundakı mənbə məlumat verib.
Suriya HHQ Əs-Suknı ətrafında olan rayonlara, Palmira şəhərinə, qaz yataqlarının olduğu Arak və Əl-Hailə aviazərbələr endirir. Həmçinin Palmiraya gedən bütün yollar zərbə altındadır. Hazırda təqribən 50 terrorçu zərərsizləşdirilib.
Bundan əvvəl İŞİD terrorçularının Palmirada 217 nəfəri edam etdiyi bildirilmişdi.