Suriya ordusu Hələbdə strateji mühüm ərazini azad edib

Suriya ordusu Hələbdə strateji mühüm ərazini azad edib Ərazilərin azad olunmasına bu gün gecədən başlanıb
Digər ölkələr
4 Sentyabr , 2016 15:48
Suriya ordusu Hələbdə strateji mühüm ərazini azad edib

Bakı. 4 sentyabr. REPORT.AZ/ Suriya ordusu və könüllülər dəstəsi Hələb şəhərinin cənubunda yerləşən Hərbi Hava Qüvvələri və arxa cəbhə məktəblərinin ərazilərini yaraqlılardan azad ediblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, ali hərbi məktəblərin ərazilərinə hücumun növbəti mərhələsi bazar günü gecə başlayıb.

Polkovnik Suheyl əl-Həsənin rəhbərlik etdiyi "Pələnglər" bölməsi tərəfindən yaraqlıların Xan-Tuman yaşayış məntəqəsi ilə Hələbin Ramus məhəlləsini birləşdirən əsas təchizat yolunu kəsməyə müvəffəq olublar, ardınca məktəblərin ərazisinə hücum davam etdirilib.

Hərbi məktəblərin digər tərəfindən milli qvardiya bölmələri, könüllü və nizami qoşun dəstələri terrorçulara hücuma keçiblər. Şiddətli döyüşlər bütün gecə və səhər saatlarında davam edib.

Son xəbərlər

Orphus sistemi