Bakı. 14 avqust. REPORT.AZ/ Sudanda iki həftəlik daşqınlar, leysan yağışlar 100 nəfərin ölümünə səbəb olub, minlərlə ev dağılıb.
"Report"un məlumatına görə, bu barədə "Franss Press" Qırmızı Xaç Beynəlxalq Təşkilatının yerli bölməsinə istinadən xəbər yayıb.
Məlumata görə, təbii fəlakətdən ən çox Eritreya ilə həmsərhəd olan Kasala ştatı zərər çəkib. İki həftə ərzində yağan yağışlar, tufan və daşqınlar zamanı ştatda 8 min ev dağılıb, 25 nəfər ölüb
Bununla yanaşı, Şimali Darfur, Sennar, Qərbi Kordofan, Cənubi Kordofan ştatları da seldən zərər çəkib. Bu ştatlarda 13 mindən artıq ev dağılıb, daha 122 min nəfər sığınacaq axtarmağa məcbur olub.