Sudanda 100 nəfər daşqınların qurbanı olub

Sudanda 100 nəfər daşqınların qurbanı olub Təbii fəlakətdən ən çox Kasala ştatı zərər çəkib
Digər ölkələr
14 Avqust , 2016 20:46
Sudanda 100 nəfər daşqınların qurbanı olub

Bakı. 14 avqust. REPORT.AZ/ Sudanda iki həftəlik daşqınlar, leysan yağışlar 100 nəfərin ölümünə səbəb olub, minlərlə ev dağılıb.

"Report"un məlumatına görə, bu barədə "Franss Press" Qırmızı Xaç Beynəlxalq Təşkilatının yerli bölməsinə istinadən xəbər yayıb.

Məlumata görə, təbii fəlakətdən ən çox Eritreya ilə həmsərhəd olan Kasala ştatı zərər çəkib. İki həftə ərzində yağan yağışlar, tufan və daşqınlar zamanı ştatda 8 min ev dağılıb, 25 nəfər ölüb

Bununla yanaşı, Şimali Darfur, Sennar, Qərbi Kordofan, Cənubi Kordofan ştatları da seldən zərər çəkib. Bu ştatlarda 13 mindən artıq ev dağılıb, daha 122 min nəfər sığınacaq axtarmağa məcbur olub.

Son xəbərlər

Orphus sistemi