​Somali səmasında partlayışdan sonra təyyarə göyərtəsində deşiklə uçub - VİDEO

​Somali səmasında partlayışdan sonra təyyarə göyərtəsində deşiklə uçub - VİDEO Sərnişinlərdən biri salonda baş verənləri kameraya çəkib
Digər ölkələr
3 Fevral , 2016 02:49
​Somali səmasında partlayışdan sonra təyyarə göyərtəsində deşiklə uçub - VİDEO

Bakı. 3 fevral. REPORT.AZ/ Somali üzərində baş verən partlayışdan sonra "A321" təyyarəsi göyərtəsində deşiklə uçuşu davam etdirib.

"Report" xəbər verir ki, "Daallo Airlines" şirkətinə məxsus təyyarənin sərnişinlərindən biri salonda baş verənləri kameraya çəkib.

Video kadrlarda laynerin gövdəsinin deşik olduğu görünür. Sərnişinlər oksigen maskalarından istifadə etmək məcburiyyətində qalıblar.

Çərşənbə axşamı "Airbus" göyərtəsində partlayış və yanğın səbəbindən Somalinin paytaxtı Moqodişoya təcili eniş edib. Bu, uçuşdan bir qədər sonra baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. İnsidentin səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi