Yuxarı

​Somali səmasında partlayışdan sonra təyyarə göyərtəsində deşiklə uçub - VİDEO

Sərnişinlərdən biri salonda baş verənləri kameraya çəkib

Bakı. 3 fevral. REPORT.AZ/ Somali üzərində baş verən partlayışdan sonra "A321" təyyarəsi göyərtəsində deşiklə uçuşu davam etdirib.

"Report" xəbər verir ki, "Daallo Airlines" şirkətinə məxsus təyyarənin sərnişinlərindən biri salonda baş verənləri kameraya çəkib.

Video kadrlarda laynerin gövdəsinin deşik olduğu görünür. Sərnişinlər oksigen maskalarından istifadə etmək məcburiyyətində qalıblar.

Çərşənbə axşamı "Airbus" göyərtəsində partlayış və yanğın səbəbindən Somalinin paytaxtı Moqodişoya təcili eniş edib. Bu, uçuşdan bir qədər sonra baş verib. Hadisə nəticəsində iki nəfər xəsarət alıb. İnsidentin səbəbləri araşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi