Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün terrorçular tərəfindən əldəqayırma bombanın partladılması nəticəsində Yunanıstanın Sinay əyalətinin şimalında xidmət edən 18 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.
"Report"un "Əl-Yaum əs-Sabia" nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə Ək-Griş şəhərində qeydə alınıb.
Ölkənin DİN əməkdaşları xəstəxanaya yerləşdirilib. Onların aldığı yaralar ağır deyil.
Qeyd edək ki, İsrail və Qəzza sektoru ilə sərhəddə yerləşən Sinayda vəziyyət dünən radikalların yunan ordusunun mövqelərini atəşə tutulmasından sonra gərginləşib. Bildirlilr ki, hadisə nəticəsində 17 nəfər həlak olub.
Yunanıstan DİN-in verdiyi məlumata görə, cavab əməliyyatı zamanı ən azı 100 silahlı məhv edilib.