​Sinayın şimalında baş vermiş partlayış nəticəsində 18 yunan polisi yaralanıb

​Sinayın şimalında baş vermiş partlayış nəticəsində 18 yunan polisi yaralanıb DİN əməkdaşları xəstəxanaya yerləşdirilib
Digər ölkələr
9 İyul , 2015 20:07
​Sinayın şimalında baş vermiş partlayış nəticəsində 18 yunan polisi yaralanıb

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün terrorçular tərəfindən əldəqayırma bombanın partladılması nəticəsində Yunanıstanın Sinay əyalətinin şimalında xidmət edən 18 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarəti alıb.

"Report"un "Əl-Yaum əs-Sabia" nəşrinə istinadən verdiyi xəbərə görə, hadisə Ək-Griş şəhərində qeydə alınıb.

Ölkənin DİN əməkdaşları xəstəxanaya yerləşdirilib. Onların aldığı yaralar ağır deyil.

Qeyd edək ki, İsrail və Qəzza sektoru ilə sərhəddə yerləşən Sinayda vəziyyət dünən radikalların yunan ordusunun mövqelərini atəşə tutulmasından sonra gərginləşib. Bildirlilr ki, hadisə nəticəsində 17 nəfər həlak olub.

Yunanıstan DİN-in verdiyi məlumata görə, cavab əməliyyatı zamanı ən azı 100 silahlı məhv edilib. 

Son xəbərlər

Orphus sistemi