Səudiyyə Ərəbistanının XIN başçısı: "WikiLeaks" saytından istifadə etməyin"

Səudiyyə Ərəbistanının XIN başçısı: "WikiLeaks" saytından istifadə etməyin" Ər-Riyad hesab edir ki, "WikiLeaks"də yayılan sənədlər müzakirə predmetinə çevrilməməlidir
Digər ölkələr
21 İyun , 2015 02:46
Səudiyyə Ərəbistanının XIN başçısı: WikiLeaks saytından istifadə etməyin

Bakı. 21 İyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanının xarici işlər nazirliyi ölkə vətəndaşlarından "təkidlə" xahiş edib ki, "WikiLeaks" saytından istifadə etməsinlər.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə əsasən, ötən gün "WikiLeaks" vasitəsi ilə sızdırılan 70 min gizli diplomatik yazışma mətni arasında Səudiyyə Ərəbistanının səfirliklərinin, həmçinin bu ölkənin daxili işlər nazirliyinin və təhlükəsizlik orqanlarının sənədləri də mövcuddur.

Ər-Riyadda hesab edirlər ki, sözü gedən sənədlərin müzakirə predmetinə çevrilməsi Səudiyyə Ərəbistanının milli maqarları ilə ziddiyət təşkil edir. 

Son xəbərlər

Orphus sistemi