​Səudiyyə Ərəbistanında məscid qarşısında beş nəfər güllələnib

​Səudiyyə Ərəbistanında məscid qarşısında beş nəfər güllələnib Atəş açan şəxs zərərsizləşdirilib
Digər ölkələr
17 Oktyabr , 2015 02:33
​Səudiyyə Ərəbistanında məscid qarşısında beş nəfər güllələnib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanında məscid qarşısında baş verən atışma zamanı beş nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

İnsident ölkənin şərq sahilində yerləşən Sayhat şəhərində baş verib. Görünüşcə təqribən 20 yaşlarında olan naməlum şəxs şiə-müsəlmanların Cümə namazına toplaşdığı məscid yaxınlığında asayiş keşikçiləri tərəfindən yoxlanılmaq üçün saxlanıb. Lakin o gözlənilmədən atəş açıb. Beş nəfər aldığı güllə yarasından keçinib. Yaralılar barədə hələ ki, məlumat verilmir.

Atəş açan şəxs zərərsizləşdirilib. Hazırda onun şəxsiyyəti və törədilən cinayətin təfərrüatları araşdırılır.

Son xəbərlər

Orphus sistemi