​Səudiyyə Ərəbistanı İranla münasibətlərin bərpası üçün vasitəçidən imtina edir

​Səudiyyə Ərəbistanı İranla münasibətlərin bərpası üçün vasitəçidən imtina edir Adel əl-Cubeyr: "İkitərəfli münasibətlərin indiki səviyyəsini düzəltmək üçün İran nə etməli olduğunu yaxşı bilir"
Digər ölkələr
16 Fevral , 2016 20:54
​Səudiyyə Ərəbistanı İranla münasibətlərin bərpası üçün vasitəçidən imtina edir

Bakı. 16 fevral. REPORT.AZ/ Səudiyyə Ərəbistanı İranla münasibətlərin bərpası üçün bütün vasitəçilərdəm imtina edir.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr bildirib.

"İranla münasibətlərin bərpası üçün vasitəçiliyə ehtiyac yoxdur. İkitərəfli münasibətlərin indiki səviyyəsini düzəltmək üçün İran nə etməli olduğunu yaxşı bilir. İranın Səudiyyə Ərəbistanına düşmən münasibəti kökündən dəyişməlidir", - deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Tehran ilk növbədə Səudiyyə Ərəbistanının daxili işдэкinə qarşımaqdan əl çəkməlidir.

Qeyd edək ki, iki ölkə arasında münasibətlərin bərpası üçün Pakistan, İraq və Rusiya vasitəçiliyini təklif edib. 

Son xəbərlər

Orphus sistemi