​Serbiyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub

​Serbiyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub Ölkədə yağan leysan yağışlar nəticəsində çaylar öz məcralarından çıxıb
Digər ölkələr
10 Mart , 2016 22:24
​Serbiyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub

Bakı. 10 mart. REPORT.AZ/ Serbiya hökuməti cümə günü axşam daşqın təhlükəsi səbəbindən bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

"Report" xəbər verir ki, meteoroloqların proqnozlarına görə, yağıntı çərşənbə axşamınadək davam edəcək.

Ötən günlərdə Serbiya ərazisinin əksər hissəsində leysan yağışlar yağıb. Nəticədə çaylar öz məcralarından çıxıb və ayrı-ayrı rayonlar su altında qalıb.

Son xəbərlər

Orphus sistemi