Yuxarı

​Serbiyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan olunub

Ölkədə yağan leysan yağışlar nəticəsində çaylar öz məcralarından çıxıb

Bakı. 10 mart. REPORT.AZ/ Serbiya hökuməti cümə günü axşam daşqın təhlükəsi səbəbindən bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edib.

"Report" xəbər verir ki, meteoroloqların proqnozlarına görə, yağıntı çərşənbə axşamınadək davam edəcək.

Ötən günlərdə Serbiya ərazisinin əksər hissəsində leysan yağışlar yağıb. Nəticədə çaylar öz məcralarından çıxıb və ayrı-ayrı rayonlar su altında qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi