​Sarı dənizdə iki gəminin toqquşması nəticəsində 5 nəfər ölüb

​Sarı dənizdə iki gəminin toqquşması nəticəsində 5 nəfər ölüb Gəmilərdən biri batıb
Digər ölkələr
28 Fevral , 2016 19:41
​Sarı dənizdə iki gəminin toqquşması nəticəsində 5 nəfər ölüb

Bakı. 28 fevral. REPORT.AZ/ Sarı dənizdə iki gəminin bir-biri ilə toqquşması nəticəsində 5 nəfər həyatını itirib, daha sonra gəmilərdən biri batıb.

"Report" xəbər verir ki, bu barədə bazar günü Sindao hökumətinə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Şənbə günü "Sinji-6" ticarət gəmisi Çinin Sindaodan 40 dəniz mili aralıda yerləşən Çaolyan adası yaxınlığında "Lutszyaoyuy-60968" balıqçı gəmisi ilə toqquşub, ardınca balıqçı gəmisi batıb.

Xilasedicilər balıqçı gəmisində olan 5 nəfərin meyitini sudan çıxarıb, digərlərinin axtarışı davam etdirilir.

Qəza zamanı qatı duman səbəbindən görüntünün zəif olduğu bildirilir.

Məlumata görə, gəmilərin hər ikisi Çin şirkətlərinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi