S&P Yunanıstanın reytinqini növbəti dəfə aşağı salıb

S&P Yunanıstanın reytinqini növbəti dəfə aşağı salıb Yunanıstanın kredit reytinqi "CCC"dən "CCC-"ə enib
Digər ölkələr
30 İyun , 2015 03:01
S&P Yunanıstanın reytinqini növbəti dəfə aşağı salıb

Bakı. 30 İyun. REPORT.AZ/ Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) Yunanıstanın kreditorları ilə razışlaşa bilməməsini əsas göstərərək, ölkənin kredit reytinqini "CCC"dən "CCC-"ə endirib.

Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Yunanıstanın kredit proqnozu da "mənfi" olaraq müəyyən olunub.

S&P-nin yaydığı açıqlamda qeyd olunur ki, Yunanıstanın yaxın yarım il ərzində xarici borcları üzrə öhdəlikləri yerini yetirə bilməyəcək.

Agentlik ekspertləri Yunanıstanın avrozonanı tərk etmə ehtimalını 50 faiz olaraq dəyərləndirib.

Son xəbərlər

Orphus sistemi