Bakı. 30 İyun. REPORT.AZ/ Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P) Yunanıstanın kreditorları ilə razışlaşa bilməməsini əsas göstərərək, ölkənin kredit reytinqini "CCC"dən "CCC-"ə endirib.
Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Yunanıstanın kredit proqnozu da "mənfi" olaraq müəyyən olunub.
S&P-nin yaydığı açıqlamda qeyd olunur ki, Yunanıstanın yaxın yarım il ərzində xarici borcları üzrə öhdəlikləri yerini yetirə bilməyəcək.
Agentlik ekspertləri Yunanıstanın avrozonanı tərk etmə ehtimalını 50 faiz olaraq dəyərləndirib.