​Rumıniyada keçirilən prezident seçkilərində Klaus Yohannis qalib gəlib

​Rumıniyada keçirilən prezident seçkilərində Klaus Yohannis qalib gəlib ölkənin baş naziri Viktor Ponta seçkilərin ilkin nəticələrini gözləmədən məğlubiyyətini etiraf edib
Digər ölkələr
17 Noyabr , 2014 03:26
​Rumıniyada keçirilən prezident seçkilərində Klaus Yohannis qalib gəlib

akı. 17 noyabr. REPORT.AZ/ Rumıniyada keçirilən prezident seçkilərində Sibiu şəhərinin meri Klaus Yohannis qalib gəlib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, onun rəqibi, ölkənin baş naziri Viktor Ponta seçkilərin ilkin nəticələrini gözləmədən məğlubiyyətini etiraf edib.

"Mən cənab Yohannisə zəng vurub, onu təbrik etdim", - deyə Ponta bildirib.

Seçkilərin ilkin nəticələri yerli vaxtla saat 04:00-da (Bakı vaxtı ilə saat 06:00) açıqlanacaq.

Exit poll-un nəticələrinə görə, namizədlər arasındakı fərq kiçikdir: ölkənin baş naziri Viktor Ponta seçicilərin 50-50,9% səsini, Sibiu şəhərinin meri Klaus Yoxannis isə - 49,1-50,9%-ni toplayır.

Prezident seçkilərinin ilk turu noyabrın 2-də keçirilib.

Rumıniyanın hazırki prezidenti Trayan Besesku bu vəzifəni 20 dekabr 2004-cü ildən tutur. 

Son xəbərlər

Orphus sistemi