​Rumıniya кraliçası vəfat edib - FOTO

​Rumıniya кraliçası vəfat edib - FOTO Sabiq kral Mihayın həyat yoldaşı Ana bu gün İsveçrənin Morj şəhərindəki xəstəxanada dünyasını dəyişib
Digər ölkələr
1 Avqust , 2016 22:04
​Rumıniya кraliçası vəfat edib - FOTO

Buxarest. 1 avqust. REPORT.AZ/ Rumıniyanın sabiq kralı Mihayın həyat yoldaşı, 92 yaşlı kraliça Ana bu gün İsveçrənin Morj şəhərindəki xəstəxanada vəfat edib. “Report”un Şərqi Avropa bürosu xəbər verir ki, kraliçanın cənazəsi avqustun 9-da Rumıniyaya gətiriləcək.

Kraliça Ana ilə vida mərasimi ilk olaraq Sinaya şəhərindəki Kral ailəsinə məxsus “Peleş qəsri”, daha sonra paytaxt Buxarestin Kral Sarayında keçiriləcək. Avqust ayının 13-də isə kraliça Kurtya-de-Arceş şəhərində dəfn olunacaq. 

Artıq Rumıniya prezidenti Klaus Yohannis və baş naziri Daçian Çioloş Kral ailəsinə başsağılığı teleqramı ünvanlayıblar. Yaxın günlərdə hökümət avqustun 13-nü ölkə üzrə milli matəm günü elan edilməsilə bağlı qərar qəbul edəcək.

Kraliça Ana 18 sentyabr 1923-cü ildə Parisdə şahzadə Rene de Bourbon-Parmanın ailəsində dünyaya göz açıb. O, 1948-ci ilin iyunun 10-da Afinada Rumıniya kralı Mihayla ailə həyata qurub. Cütlüyün bu nigahdan 5 qızı dünyaya gəlib.

Kraliça Ananın həyat yoldaşı Kral Mihay səhhətindəki problemlə bağlı dəfn mərasimində iştirak etməyəcək. 94 yaşlı kral xərçəng xəstəliyindən əziyyət çəkir.

Son xəbərlər

Orphus sistemi