Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Azərbaycandakı keçmiş səfirini komitə sədri təyin edib

Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Azərbaycandakı keçmiş səfirini komitə sədri təyin edib İdman üzrə dövlət komitəsi vəzifəsinə Toyli Komekov təyin edilib
Digər ölkələr
15 Sentyabr , 2016 23:40
Qurbanqulu Berdiməhəmmədov Türkmənistanın Azərbaycandakı keçmiş səfirini komitə sədri təyin edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov hökumətin iclasında Kakabəy Seyidovu başqa vəzifəyə təyinatla əlaqədar ölkənin idman üzrə dövlət komitəsinin sədri vəzifəsindən azad edib.

"Report" xəbər verir ki, bu barədə türkmən televiziyası bildirib.

Məlumata görə, idman üzrə dövlət komitəsinin sədri vəzifəsinə əvvəllər Türkmənistanın Azərbaycan respublikasında fövqəladə və səlahiyyətli səfiri postunu tutmuş Toyli Komekov təyin edilib.

Qeyd edək ki, Qurbanqulu Berdiməhəmmədov avqustda Rio-de-Janeyroda Olimpiya oyunlarında türkmən yığmasının müvəffəqiyyətsiz çıxışına görə Kakbəy Seyidova vəzifədən çıxarılma haqqında son xəbərdarlıqla töhmət elan edib.

Həmçinin dövlət başçısı hökumətə türkmən idmanında vəziyyəti təhlil etməyi tapşırıb.

Son xəbərlər

Orphus sistemi