Quantanamoda qasırğa səbəbindən 700 amerikalı təxliyə edilib

Quantanamoda qasırğa səbəbindən 700 amerikalı təxliyə edilib Onlar C-17 və C-130 hərbi-nəqliyyat təyyarələrində köçürülüblər
Digər ölkələr
4 Oktyabr , 2016 07:25
Quantanamoda qasırğa səbəbindən 700 amerikalı təxliyə edilib

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət orqanları Quantanamo hərbi bazasından 700 nəfəri təxliyə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon təmsilçisi Cef Devis xəbər verib.

Onun sözlərinə görə, "Metyu" qasırğası Kuba hərbi bazasından Quantanamo işçilərinin ailələrinin 700 üzvünü köçürməyə məcbur edib.

Onlar dörd C-17 və iki C-130 hərbi nəqliyyat təyyarələrində köçürülüblər.

Qqeyd edək ki, Quantanamo bazasında 5,5 min amerikalı işçi və onların ailə üzvləri işləyir.

Son xəbərlər

Orphus sistemi