Yuxarı

Quantanamoda qasırğa səbəbindən 700 amerikalı təxliyə edilib

Onlar C-17 və C-130 hərbi-nəqliyyat təyyarələrində köçürülüblər

Bakı. 4 oktyabr. REPORT.AZ/ ABŞ-ın dövlət orqanları Quantanamo hərbi bazasından 700 nəfəri təxliyə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Pentaqon təmsilçisi Cef Devis xəbər verib.

Onun sözlərinə görə, "Metyu" qasırğası Kuba hərbi bazasından Quantanamo işçilərinin ailələrinin 700 üzvünü köçürməyə məcbur edib.

Onlar dörd C-17 və iki C-130 hərbi nəqliyyat təyyarələrində köçürülüblər.

Qqeyd edək ki, Quantanamo bazasında 5,5 min amerikalı işçi və onların ailə üzvləri işləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi